İdman

Yeqor Titov: “Bayer” elə bir maşına çevrilib ki, onu dayandırmaq olmur”

7 Mart 2024 17:49
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya millisinin və "Spartak"ın sabiq kapitanı Yeqor Titov bu gün keçiriləcək "Qarabağ" - "Bayer" oyununun favoritini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, futbol veteranı Avropa Liqasının 1/8 final mərhələsinin duelində Almaniya klubunu üstün hesab edir.

Lakin Titov "Qarabağ"ın döyüşkən komanda olduğunu da etiraf edib: "Qarabağ" qrup mərhələsində "Bayer"lə çox yaxşı döyüşdü. Bakıdakı oyunda almanlar yalnız uzatma dəqiqələrində penaltidən qələbə qolunu vurdu. Aydın məsələdir ki, oyun üstünlüyü də, yaradılan qol imkanlarının sayı da "Bayer"in tərəfində idi. Amma Azərbaycan klubu çox yaxşı təsir bağışladı. Ümumiyyətlə, layiqli komandadır. Ağdam klubu əbəs yerə ötən mərhələdə təcrübəli "Braqa"nı mübarizədən kənarlaşdırmayıb. 10 nəfərlə əlavə vaxtda istəklərinə çatdılar".

Titov bildirib ki, öz oyunu ilə göz oxşayan "Qarabağ"da indiki "Bayer"lə bacaracaq gücdə deyil: "Amma yenə də bu cütdə "Qatabağ"ın şansı olduğunu görmürəm. Dəlisov "Bayer" mövsümün gedişində daha praqmatik komandaya çevrilib. Onlar artıq hər oyunda 4-5 qol vurmur, hardasa güclərinə qənaət edirlər. Əvəzində yetərincə az qol buraxırlar. "Bayer"in ən sevimli nəticəsi 2:0 hesabıdır. Əlbəttə ki, "Qarabağ" fəal oynamağa, leverkuzenliləri sıxmağa çalışacaq. Amma açığını desək, "Bayer" elə bir maşına çevrilib ki, onu dayandırmaq olmur".

Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında bu gün keçiriləcək ilk oyun saat 21:45-də başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.