İdman

UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - FOTO

6 Mart 2024 21:35
Baxış: 1 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları "Qarabağ" - "Bayer" oyunu ilə bağlı paylaşım edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, paylaşımda bildirilib: "UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda 4-cü gün Bakıda görüşəcək".

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. "Qarabağ" 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" görüşü saat 21:45-də başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.