İdman

Macarıstanın baş məşqçisi: “Azərbaycanı keçmək üçün bizə təzyiq olacaq”

6 Mart 2024 18:33
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsveçrə kağız üzərində bizdən yaxşıdır".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində rəqibi olan Macarıstanın baş məşqçisi Marqret Kras deyib.

Mütəxəssis qitə çempionatının 1-ci qrupunu şərh edib. Azərbaycanla yanaşı, İsveçrə və Türkiyə ilə qarşılaşacaq isveçrəlilərin məşqçisi bildirib ki, komandasından gözləntisi böyükdür: "Bizi Azərbaycandan və Türkiyədən güclü sayırlar. Təbii ki, bu rəqiblərə qarşı favorit hesab olunmaq yaxşıdır. Amma bu, həm də o deməkdir ki, bizə həmin rəqibləri keçmək üçün müəyyən təzyiq olacaq. Bu qrupa nikbin baxıram. Birinci və ya ikinci yerdən pley-offa yüksəlmək üçün yaxşı şanslar görürəm".

Qeyd edək ki, Azərbaycan AVRO-2025-in seçmə mərhələsində ilk matçını Macarıstana qarşı keçirəcək. Oyun aprelin 5-də baş tutacaq. Cavab görüşü isə iyulun 12-də keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.