İdman

Ronaldo jestinə belə haqq qazandırdı: Avropada buna öyrəşmişik

29 Fevral 2024 21:00
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun "Əl-Şabab"la oyununda (3:2) rəqib azarkeşlərə nalayiq jest edən "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo sükutu pozub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, portuqaliyalı superulduz qızğın müzakirələrə səbəb olan jestini şərh edib. "Ər-Riyadiya" saytına danışan 39 yaşlı futbolçu davranışında səhv görmədiyini deyib:

"Mən bütün klublara hörmət edirəm. Qoldan sonrakı sevincim güc və qələbəni ifadə edir. Bunda qəbahət yoxdur. Biz Avropada buna öyrəşmişik".

Qeyd edək ki, "Əl-Şabab"la oyundan sonra bir anda tribunalardakı azarkeşlərin bir qismi Ronaldonun əzəli rəqibi Lionel Messinin adını səsləndirdilər. Portuqaliyalı tamaşaçıların davranışına nalayiq jestlə reaksiya verib. "L'Equipe" məlumatına görə, futbolçu bu hərəkətinə görə bir oyunluq cəza alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.