İdman

Türkiyə Superkuboku ilə bağlı yeni İDDİA

19 Fevral 2024 23:28
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" ilə "Fənərbaxça" arasında Superkubok oyunu aprelin ilk həftəsində keçiriləcək.

Milli.Az lent.az-a istinadən bildirir ki, oyunun tarixi və yeri ilə bağlı yeni açıqlama verilib.

Xəbərə görə; Türkiyə Futbol Federasiyası aprelin 3-də Şanlıurfada "Qalatasaray" - "Fənərbaxça" arasında Superkubok oyununu keçirməyi planlaşdırır.

Digər tərəfdən, bunun Qaziantep və ya Samsunda oynanma ehtimalının olduğu da istisna edilmir.

Məkan hələ müəyyən edilməsə də, çox güman ki, oyuun tarixi sıx oyun cədvəlinə görə aprelin ilk həftəsi olacaq.

İki komanda arasında baş tutacaq qarşılaşma Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməli idi, lakin müxtəlif səbəblərdən ortaq qərarla ləğv olunub.

Türkiyə Futbol Federasiyasının yaxın vaxtlarda oyunla bağlı dəqiq açıqlama verəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.