İdman

Rahil üçün 70-ci Lodz derbisi

18 Fevral 2024 15:23
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşada ilk derbisində iştirak edəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Lodz derbisində onun çıxış etdiyi LKS öz meydanında "Vidzev"lə qarşılaşacaq.

Rahil şəhərin iki əsas təmsilçisi arasında baş tutacaq 70-ci qarşılaşmada oynamaq imkanı qazanıb. Bunadək iki komandanın iştirakı ilə keçirilən matçlarda LKS 13, "Vidzev" 29 qələbə qazanıb. 27 qarşılaşmada qalib müəyyən olunmayıb. Top fərqi 70:97-yə bərabərdir.

Məmmədovun Polşa çempionatında debütü ötən tura təsadüf edib. Onun komandası səfərdə son dəqiqə qolu ilə "Korona"ya uduzub.

LKS 10 xalla sonuncu, "Vidzev" isə 22 xalla 14-cü pillədə qərarlaşıb. Rahilin komandası Ekstraklasada sonuncu dəfə avqustun 20-də qələbə qazanıb. Onun rəqibi isə son 4 oyunda meydanı xalsız tərk edib.

Qeyd edək ki, Ekstraklasanın 21-ci turuna təsadüf edəcək matç Bakı vaxtilə saat 20:30-da start götürəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.