İdman

Balabəy Ağayev bu səbəbdən qızıl qazana bilməyib

17 Fevral 2024 11:11
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uzun müddətdir ki, medal qazana bilmirdim".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.

O, Bakıda keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanmasına münasibət bildirib. Ağayevin sözlərinə görə, çempion olmasına səhvi imkan verməyib: "Burada bizə dəstək böyük idi. Çünki evdə güləşirik. Buna görə də adam özünə inanaraq tatamiyə çıxır. Bir sıra səhvlərim oldu. Ona görə qızıl medalı əldən verdim. Qismət belə imiş".

O bildirib ki, apreldə Budapeştdə kişi cüdoçular arasında keçiriləcək Avropa çempionatında iştirak etmək istəyir: "Təbii ki, heyət tam dəqiq deyil. Bu idmandır. Amma mənlə yanaşı, eyni çəkidə Turan Bayramovun iştirakı gözlənilir".

Qeyd edək ki, turnirdə Balabəy Ağayev Kamoliddin Baxtiyorov (Özbəkistan) məğlub edərək, 3-cü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.