İdman

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

16 Fevral 2024 22:22
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.

Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.

Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.

Qeyd edək ki, yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory