İdman

Karvalyo: “Cütün taleyi hələ həll olunmayıb, buna Bakıda aydınlıq gələcək”

16 Fevral 2024 14:40
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müdafiə planında düzgün oynamadıq. Rəqibin sürətli hücumları qarşısında aciz idik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Braqa"nın futbolçusu Vitor Karvalyo deyib.

Yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la oyunu barədə fikirlərini açıqlayıb: "Bunun nəticəsində dörd qol buraxdıq. Bilirik ki, səylə çalışmalıyıq. Bu formanı daşıyırıqsa, meydanda daha artığını qoymalıyıq. Özümüzdə dönüş yaratmalıyıq ki, bu da böyük əmək tələb edir".

Karvalyo ikinci hissənin gedişində 16 dəqiqəyə üç qol buraxmağın səbəbinə də aydınlıq gətirib: "İkinci qolu buraxandan sonra komandanın təşkilatlanmış oyunu dağıldı. Belə vəziyyətlərdə əks-hücumlar qarşısında heç nə edə bilmədik. İndi yaxşı düşünməliyik. Daha artığını etməli və qarşıdakı görüşlərdə qələbələri sıralamalıyıq".

Vitor mərhələ keçmək şansının itmədiyi qənaətindədir: "Cütün taleyi hələ həll olunmayıb, buna Bakıda aydınlıq gələcək. Amma mübarizə ruhu, döyüşkənlik və fədakarlıq zəruridir. İlk matçda bunlar sanki bir az çatmırdı. Amma biz hər şeyi dəyişə bilərik".

Yarımmüdafiəçi onları fitə basan azarkeşləri haqlı sayır: "Azarkeşlər mübarizə və fədakarlıq gözləyir. Bunu görməyəndə də tələb etməyə haqları var. Biz həqiqətən də meydanda daha artığını etməliyik".

Qeyd edək ki, "Qarabağ" səfər matçında "Braqa"nı 4:2 hesabı ilə məğlub edib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.