İdman

“Qarabağ” üstümüzdən keçdi” - “Braqa”nın kapitanı

16 Fevral 2024 10:19
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Etiraf etməliyik ki, bizim günümüz deyildi. Sabah cavab verməliyik və vəziyyəti dəyişməliyik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Braqa"nın hücumçusu Abel Ruis deyib.

İspaniya millisinin futbolçusu Avropa Liqasının pley-offunda "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları matçı dəyərləndirib. 24 yaşlı hücumçu bildirib ki, istədikləri oyunu sərgiləyə bilməyiblər: "Qarabağ" üstümüzdən keçdi. Biz bundan sonra təşəbbüsü ələalmalı, səfər oyununda burada etdiyimizdən daha çox iş görməliyik. Hələ 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionat oyununa yönəldəcəyik, sonra Bakıdakı matç haqqında düşünmək üçün 3 gün vaxtımız olacaq. İlk matçla müqayisədə çox fərqli şeylər etməli olacağıq, lakin mərhələni keçmək üçün əlimizdən gələni ortaya qoyacağıq".

Qeyd edək ki, Bakıda keçiriləcək cavab qarşılaşması fevralın 22-də baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.