İdman

Qalmaqaldan sonra heyətə qayıdır

5 Fevral 2024 16:54
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kərim Benzema "Əl İttihad"la məşqləri bərpa edəcək. "Qafqazinfo" xəbər verir ki, fransız futbolçu ən azı mövsümün sonuna qədər klubda qalmağa razılaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Real"ın sabiq kapitanının Avropaya qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra onun Səudiyyə Ərəbistanından ayrılacağı bildirilirdi. Ancaq "Əl-İttihad" Benzemanın bu xahişini rədd edib.

Baş məşqçi Marselo Qalyardo ilə danışıqlardan sonra Benzema heyətə qaytarılacaq.

Qeyd edək ki, Kərim Benzema "Əl İttihad"ın baş məşqçisi Marselo Qalyardo ilə qalmaqal yaşadıqdan sonra klubun düşərgəsini tərk etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.