İdman

“Ronaldonun məndən yaxşı olduğunu düşünmürəm”

4 Fevral 2024 12:30
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in sabiq hücumçusu Eden Hazard portuqaliyalı Kriştianu Ronaldonu özündən yaxşı hesab etmədiyini deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "All About Argentina" sosial şəbəkələrdə yazıb.

"Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq Messi bəlkə də yeganədir. Cristiano məndən böyük oyunçudur. Amma təmiz futbol nöqteyi-nəzərindən onun daha yaxşı olduğunu düşünmürəm", Hazard bildirib.

Qeyd edək ki, 10 oktyabr 2023-cü ildə Hazard peşəkar karyerasını bitirdiyini elan edib. İyun ayında 32 yaşlı belçikalı 2019-cu ildən formasını geyindiyi "Real Madrid"lə müqaviləsini pozub. İspaniya çempionatının son mövsümündə Hazard altı matçda iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.