İdman

“Bütün Türkiyə onun arxasındadır” - Ançelloti

31 Yanvar 2024 21:49
Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu mövsüm zədə problemlərinə görə çox az oynayan Arda Gülər ​​üzərində böyük təzyiq olduğunu və onu anladığını deyib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ançelotti bütün Türkiyənin Ardanı yaşıl meydanlarda görməyi arzuladığını deyib.

"Xetafe" ilə matç öncəsi mətbuat konfransı keçirən baş məşqçi Arda Gülərlə bağlı suala belə cavab verib:

"O, yaxşı irəliləyir. Fiziki cəhətdən hər gün yaxşılaşır və İspaniya futbolunun intensivliyinə öyrəşir. Amma hər zaman dediyim kimi, səbirli olmaq lazımdır. Mən Ardaya olan təzyiqi anlayıram, çünki bütün Türkiyə onun arxasındadır. Amma bu uşağın 18 yaşı var. Onun vaxtı gələcək".

Qeyd edək ki, Arda Gülər ​​Kral klubunda indiyə qədər ümumilikdə 59 dəqiqə oyunda olub.

Türk futbolçu Superkubok yarımfinalında "Atletico Madrid" və son səfərdə "Las Palmas" matçının son dəqiqələrində meydana daxil olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.