İdman

Qvardioladan "Barselona" ilə bağlı şok etiraf: Çağırsalar...

30 Yanvar 2024 21:50
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, doğma klubu "Barselona"ya qayıda biləcəyini açıq şəkildə söyləyib:

"Bəli, mümkündür. "Siti"ni və ya istənilən komandanı çalışdıra bilərəm. Amma "Barselona" məni çağırsa, ora gedəcəm. "Barsa" mənim klubumdur".

Qvardiola "Barselona"nın yetirməsidir və 1990-2001-ci illərdə futbolçu kimi əsas komandada çıxış edib. O, 2008-2012-ci illərdə "Barsa"nı çalışdırıb və iki dəfə komanda ilə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Kataloniya klubunun baş məşqçisi Xavi mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.