İdman

"Qarabağ"ın rəqibi finalda

24 Yanvar 2024 15:50
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" tarixində üçüncü dəfə Portuqaliya Liqa Kubokunun finalına yüksəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "ağ-qırmızılar" yarımfinalda "Sportinq"i məğlub edərək (1:0) bu uğura nail olublar. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Abel Ruiz vurub.

Finalda "Braqa" "Benfika" - "Eştoril" cütünün qalibi ilə qarşılaşacaq. Qarşılaşma bu gecə baş tutacaq.

"Benfika" 7 dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. "Sportinq" bu göstəricidə ikincidir - 4, "Braqa" isə titula iki dəfə sahib çıxıb.

Qeyd edək ki, "Braqa" ilə "Qarabağ" arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.