Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Roma" azarkeşləri ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.
Milli.Az lent.az-a istinadən bildirir ki, bundan əvvəl Mourinyo İtaliya "Roma"sından qovulmasına münasibət bildirib.
Mourinyo sosial şəbəkələrdə "Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədiyyət", yazıb.
Mourinyo 2021-ci ilin yayından "Roma"ya rəhbərlik edir. 2022-ci ildə "Roma" Konfrans Liqasının qalibi olub və 2023-cü ildə Avropa Liqasının finalına yüksəlib.
Onu "Roma"da keçmiş klubun futbolçusu Daniele De Rossi əvəzləyib.
İtaliya çempionatının 20 turundan sonra "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun