İdman

Mourinyo 6 kubok qazandığı kluba qayıda bilər!

17 Yanvar 2024 20:26
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"dan qovulan Joze Mourinyo klub axtarışındadır. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin karyerasını vətənində davam etdirməsi ehtimalı var.  Belə ki, "Portu" klubunun yeni prezidenti Andreas Villas-Boas seçilsə, o, 60 yaşlı baş məşqçini kluba qaytara bilər.

Joze Mourinyo 2002-2004 illərdə çalışdırdığı "Portu" ilə Çempionlar Liqası, UEFA Kuboku, 2 dəfə Portuqaliya Liqası, Portuqaliya Kuboku və Portuqaliya Super Kubokunu qazanıb. 

Qeyd edək ki, Mourinyo "Roma" ilə 122 oyuna 60 qələbə qazanıb, 28 heç-heçə edib və 34 dəfə məğlub olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.