İdman

Rəhim Sterlinqdən rekord - Premyer Liqa tarixində beləsi olmayıb

14 Yanvar 2024 09:39
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fulhem"lə dünənki matçda "Çelsi" Kol Palmerin penaltidən vurduğu yeganə qolla qalib (1:0) gəlib. 

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, 11 metrlik zərbəni londonlulara 29 yaşlı ingilis yarımmüdafiəçi Rəhim Sterlinq qazandırıb.

"Squawka"-nın hesablamasına görə, beləliklə Sterlinq indiyə qədər İngiltərə Premyer Liqası matçlarında komandaları üçün 26 penalti qazanıb. Bu isə turnir tarixində rekord göstəricidir. 

"Fulhem"lə matçdakı "11 metrə" "Çelsi" üçün bu mövsümdə səkkizinci penalti olub. Bunlardan üçü məhz Sterlinqə qarşı kobudluqla bağlı olub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.