"Milan" futbolçusu Daniel Maldinini növbəti dəfə icarəyə göndərib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünün sonuna qədər icarə əsasında "Monza"da çıxış edəcək.
Bu mövsümün ilk hissəsində yarımmüdafiəçi "Empoli"də icarədə oynayıb. O, A Seriyasında 7 matçda meydana çıxıb.
Qeyd edək ki, "Monza" hazırda İtaliya çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun