"Milan" Maldinini növbəti dəfə icarəyə verdi

10 Yanvar 2024 22:03

"Milan" futbolçusu Daniel Maldinini növbəti dəfə icarəyə göndərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünün sonuna qədər icarə əsasında "Monza"da çıxış edəcək.

Bu mövsümün ilk hissəsində yarımmüdafiəçi "Empoli"də icarədə oynayıb. O, A Seriyasında 7 matçda meydana çıxıb.

Qeyd edək ki, "Monza" hazırda İtaliya çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun