Dünən İspaniya Kubokunun 1/16 finalında "Barbastro" ilə qarşılaşan və 3:2 hesablı qələbə qazanan "Barselona" antirekorda imza atıb.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq 20 oyundur ki, iki və daha çox top fərqi ilə qalib gələ bilmir.
Bu, "Barselona" tarixində ilkdir. "Blauqrana" son olaraq sentyabrın 19-da "Antverpen"i 5:0 hesabı ilə darmadağın edib. İspaniya nəhəngi Çempionlar Liqasında baş tutan bu görüşün ardından keçirdiyi bütün oyunlarda ya qələbəyə həsrət qalıb, ya da 1 top fərqi ilə üstünlük qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun