İdman

Klopp: Şübhə etməyin, o, yenə qol vuracaq

4 Yanvar 2024 06:55
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp oyunçuları - hücumçu Darvin Nunes və vinger Məhəmməd Salah barədə danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, alman mütəxəssis bu sözləri deyib:

"Nunezdən narahat olmayın, o, yaxşıdır. Darvin daha çox qol vuracaq, buna şübhə yoxdur. Onun "Nyukasl"la oyunda asistinə daha yaxşı baxın. Məni narahat edən yeganə şey fanatların Darvinə sosial mediada təzyiq etməsidir.

Salah qol vuran maşındır. O, bunu heç vaxt dayandırmayacaq. Bu, həqiqətən də xüsusi futbolçudur".

Qeyd edək ki, Bu mövsüm Nunes Mersisaydlılar üçün bütün yarışlarda 28 oyun keçirib və 8 qol vurub və 8 məhsuldar ötürmə edib. Salah da öz növbəsində 27 oyun keçirib və 18 dəfə rəqib qapıçıları məyus edib. Həmçinin 9 asistlə yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.