Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştian Ronaldo boks promouteri Frank Uorrenin Londonun "Arsenal" klubuna keçmək təklifinə gülüb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Uorren və Ronaldo Ər-Riyadda keçirilən boks turnirində tanış olublar.
Uorren deyib: "O, "Arsenal" ilə müqavilə imzalayır".
Bundan sonra portuqaliyalı forvard başını arxaya ataraq gülüb.
2 yanvar 2023-cü ildə Ronaldo, ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da verilir.
Bu mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun