İdman

Ronaldo "Yuventus"dan 19,5 milyon avro tələb edir

20 Dekabr 2023 22:35
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Yuventus"dan ona ödənilməyən 19,5 milyon avro maaşını tələb edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bilirilib ki, bu tələb İtaliya klubunu təəccübləndirib.

Çünki Turin təmsilçisi 38 yaşlı hücumçunun 2021-ci ilin yayında "Mançester Yunayted"ə gedərkən maaşdan imtina etdiyini düşünüb. Portuqaliyalı futbolçu özü isə bunu inkar edir.

Dünən Ronaldonun vəkilləri, futbolçunun klubun 2020-ci il üçün 19,5 milyon borcu olması bağlı arbitrajda yekun qeydlərini təqdim edib.

Hər iki tərəf yekun təqdimatlarını təqdim etdikdən sonra Arbitraj Komissiyasının aprel ayına təyin edilmiş qərarına qədər yalnız bir əlavə dinləmə keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.