İdman

“Qarabağ“dan ayrılacaq futbolçuların adları BƏLLİ OLDU

19 Dekabr 2023 11:09
Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının pley-offunda "Braqa" ilə qarşılaşmalı olan "Qarabağ"da bir sıra dəyişiklər olacaq. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar" 2 oyunçu ilə yolları ayıracaq. Söhbət vinger Adama Diakabi və dayaq yarımmüdafiəçisi Nihad Quliyevdən gedir. Fransalıya təklif gələcəyi təqdirdə, müqaviləsinə xitam veriləcək. Ümumiyyətlə, məşqçilər heyəti Diakabinin performansından narazıdır. Məhz bu səbəbdən də 27 yaşlı futbolçu ilə yolların ayrılması haqda düşünülür.

Maraq üçün bildirək ki, Diakabi bu mövsüm "Qarabağ"ın heyətində 9 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Nihad Quliyevin isə icarəyə verilməsi haqda düşünülür. Dayaq yarımmüdafiəçisi əsas heyətə düşə bilmir. Qurban Qurbanov futbolçunun inkişaf etməsini istəyir. Bu səbəbdən də onun qışda başqa komandaya icarəyə göndərilməsi məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, Nihad Quliyev bu mövsüm cəmi 3 matçda meydanda olub və heç nə ilə yadda qalmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.