İdman

Bu gün “Qarabağ”ın rəqibi bəlli olacaq

18 Dekabr 2023 08:15
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Qarabağ"ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda "Qarabağ"ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.

"Köhlən atlar"ın potensial rəqibləri "Qalatasaray" (Türkiyə), "Lans" (Fransa), "Braqa" (Portuqaliya), "Benfika" (Portuqaliya), "Feyenoord" (Niderland), "Milan" (İtaliya), "Yanq Boyz" (İsveçrə), "Şaxtar"dır (Ukrayna).

Xatırladaq ki, daha öncə "Qarabağ"ın sabiq futbolçusu Rauf Əliyev "Yanq Boyz"u Ağdam təmsilçisi üçün ən münasib rəqib hesab edib.

Niderlandın "Feyenoord" klubunun azarkeşlərinin əksəriyyəti isə pley-off mərhələsində Azərbaycan komandası ilə üz-üzə gəlmək istəyirlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə İsveç təmsilçisi "Hekken"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ" 10 xalla "H" qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveçli "arılar" isə hesabına xal yazdıra bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory