İdman

Türkiyə klubu fəaliyyətini dayandıra bilər

28 Noyabr 2023 14:23
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Bursaspor" klubu fəaliyyətinə son verə bilər. 

Milli.Az Offsideplus.az-a xəbər verir ki, klubun prezidenti Recep Güneş "Bursaspor"un yaşama şansı sıfırdır", deyə açıqlama verib. O, klubun 1,5 milyard TL borcunun olduğunu qeyd edib. Klub UEFA, CAS və TFF-yə şikayət ünvanlayaraq, Bursa təmsilçisini xilas etməyə çalışır. Gələn həftə qərar bəlli olacaq. 

Qeyd edək ki, TFF 2-ci liqada çıxış edən "Bursaspor" hazırda turnir cədvəlində 14-cü yerdədir. "Yaşıl timsahlar" 1963-cü ildə yaranıb. Komanda 1967-2004, 2006-2019-cu illərdə Türkiyə Super Liqasında çıxış edib. 2022-ci ilədək Türkiyə 1-ci Liqasında mübarizə aparan komanda, cari mövsümdən etibarən II Liqaya düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.