İdman

AÇ-2024: Pley-off mərhələsinin püşkü atıldı

23 Noyabr 2023 17:11
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA AÇ-2024-ün pley-off mərhələsinin püşkatma mərasimini keçirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 12 komanda hər biri dörd iştirakçıdan ibarət üç yola bölünüb. 

Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.

Yarımfinal oyunları 2024-cü il martın 21-də, finallar isə martın 26-da keçiriləcək.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

A Yolu

Polşa - Estoniya
Uels - Finlandiya

Uels - Finlandiya matçının qalibi finalda ev sahibi olacaq.

B Yolu 

İsrail - İslandiya
Bosniya və Herseqovina - Ukrayna

Bosniya və Herseqovina ilə Ukrayna arasında keçirilən görüşdə qalib gələn tərəf finalda ev sahibi olacaq.

C Yolu 

Gürcüstan - Lüksemburq
Yunanıstan - Qazaxıstan

Həlledici görüşdə Gürcüstan - Lüksemburq matçının qalibi ev sahibi olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.