İdman

İngiltərə nəhəngi onun üçün pusquda dayanıb

23 Noyabr 2023 18:26
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bayern"in yarımmüdafiəçisi Tomas Müller karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Get German Football" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 34 yaşlı futbolçu Münhen klubu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməsə, MY onun transferi üçün hərəkətə keçə bilər.

Qeyd olunur ki, Mançester təmsilçisi daha əvvəl də almaniyalı forvardın xidmətində maraqlı olsa da, o, İngiltərə çempionatında çıxış etməkdə maraqlı olmayıb.

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Müllerin təcrübəsinin klubun uğurlu yola qayıtmasına kömək edəcəyinə inanır.

Qeyd edək ki, 34 yaşlı futbolçunun özü də ən azı 2025-ci ilə qədər Çempionlar Liqasında oynamağa davam etmək istəyir. Buna görə MLS və Səudiyyə Ərəbistanından gələn əla təkliflərdən imtina edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.