İdman

Messinin arvadının mağazası qarət edildi - FOTO

23 Noyabr 2023 10:03
Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın Rosario şəhərində yerləşən və Lionel Messinin həyat yoldaşı Antonela Rokutsoya məxsus olan supermarket qarət edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hücum supermarketdən banka 22,4 min dollar aparan avtomobilə edilib.

Belə ki, avtomobildən düşən iki nəfər qara rəngli "Chevrolet" markalı avtomobilin şüşələrindən birini sındırıb. Həmin vaxt "Chevrolet" markalı avtomobildə Antonellanın əmisi qızı və supermarketin iki işçisi olub. 

Soyğunçular pulla dolu iki çantanı götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar.

Zərərçəkənlərin yüngül qançırlar aldığı və şok vəziyyətində olduqları bildirilir.

Artıq hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir. Hələlik cinayəti kimin törətdiyinə dair məlumat yoxdur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.