İdman

"Neftçi" "Zenit"i məğlub etdi - YENİLƏNİB

18 Noyabr 2023 23:20
Baxış: 1 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi Arena"da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 9-cu dəqiqədə "ağ-qaralar"ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar. Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra "Neftçi" yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub.

--------

21:52

Bakıda "Neftçi" ilə Rusiyanın "Zenit" klubu arasında keçirilən yoxlama görüşündə birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, "Neftçi Arena"da keçirilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Hazırda "Neftçi" Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

-------

21:01

Bakıda "Neftçi" ilə Rusiyanın "Zenit" klubu arasında keçirilən yoxlama görüşü başlayıb.

Milli.Az "Neftçi Arena"da keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Matçı FİFA referisi Rauf Cabarov idarə edir.

Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.