İdman

“Əl Nəsr” UEFA Çempionlar Liqasında?

15 Noyabr 2023 08:13
Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündə Çempionlar Liqasında iştirak etmək üçün Səudiyyə Ərəbistanından "Ən-Nəsr"i dəvət etmək imkanını nəzərdən keçirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi "X" (keçmiş "Twitter") səhifəsində məlumat verib.

"UEFA 2024-cü ildə Çempionlar Liqasında iştirak etmək üçün "Ən-Nəsr"ə dəvət göndərmək niyyətindədir, çünki klub ən populyar futbol klubundan biridir və Avropa qitəsində böyük populyarlıq qazanıb", - jurnalist yazıb.

Xatırladaq ki, 2022-ci ilin dekabrından portuqaliyalı hücumçu Kriştianu Ronaldu da bu klubda çıxış edir. Beşqat "Qızıl top" sahibinin müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.