İdman

Ali Koç jurnalistə əsəbiləşdi, iclasdan qovdu - VİDEO - FOTO

6 Noyabr 2023 12:25
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün baş tutan "Fənərbaxça"nın İdarə Heyətinin iclasında gərgin anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul klubunun prezidenti Ali Koçun çıxışı zamanı məşhur jurnalist Ogün Altıparmakın sualı aranı qarışdırıb.

Belə ki, "Fənərbaxça"da da futbol karyerası olmuş O.Altıparmak A.Koçun etdiyi narazılıqlara "bibinizin həyat yoldaşı (iş adamı İnan Kıraç) "Qalatasaray"ı idarə edir, ondan soruşun" cavabını verib.

Bu "sarı-lacivərtlilər"in prezidentini əsəbiləşdirib. Nəticədə A.Koç O.Altparmakdan iclası tərk etməsini istəyib. Əks halda onun zorla zaldan çıxarılacağını bildirib.

Jurnalist iclası tərk etdikdən sonra isə müzakirələr davam edib.

Qeyd edək ki, İnan Kıraç "Koç Holdinq"in sahibi Rəhmi Koçun bacısının həyat yoldaşıdır. Son günlərdə isə qızı İpək Kıraçla aralarında yaranan problemlərlə gündəmə gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.