İdman

Ronaldo olmasaydı Messi nə qədər "Qızıl top" qazanardı?

4 Noyabr 2023 11:31
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in və Argentina millisinin hücumçusu Lautaro Martinez 2023-cü ildə "Qızıl top"un Lionel Messiyə verilməsindən danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, , o, Messinin əslində daha çox sayda "Qızıl top" qazana biləcəyini deyib:

"Ronaldo ilə bir dövr paylaşmasaydı, Messi 15 Qızıl top qazanacaqdı. O, mükafatları bölməli idi".

Xatırladaq ki, oktyabrın 30-da Fransanın "France Football" qəzetinin ötən mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin nəticələrinə əsasən, "Qızıl top" mükafatını Amerika "İnter Mayami"sinin və Argentina millisinin hücumçusu Lionel Messi alıb. Bu mükafat Messinin karyerasında səkkizinci mükafatı olub. Heç kim argentinalı hücumçu qədər "Qızıl top"u qazanmayıb. Futbolçu 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.