İdman

Xabi Alonsodan 44 ilin rekordu

31 Oktyabr 2023 11:42
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayer" Bundesliqanın 9-cu turunda "Frayburq"u məğlub edib - 2:1. Bu, Xabi Alonsonun yetirmələrinin bütün turnirlərdə səkkizinci qələbəsidir.

Milli.Az lent.az-a istinadən bildirir ki, buna qədər komanda Avropa Liqasında "Qarabağ" (5:1), "Molde" (2:1) və "Haken"ə (4:0), "Volfsburq"a (2:1), "Köln"ə (3:0), "Maynts"a (3:3) və Almaniya çempionatında "Haydenhaym"a (4:1) hesabı ilə qalib gəlib.

Vurulan və buraxılan qolların ümumi hesabı 25:5-dir.

Beləliklə, Xabi Alonso, 1979-cu ildə klub Bundesliqaya daxil olduqdan sonra bütün yarışlarda ardıcıl səkkiz matçda qalib gələn ilk "Bayer Leverkusen" məşqçisi olub.

İspan mütəxəssis "Bayer"in 2001/2002 mövsümündə ardıcıl yeddi matçda qalib gəldiyi Klaus Topmöllerin rekordunu geridə qoyub. O, həmçinin ötən mövsüm ardıcıl yeddi qələbə qazanaraq öz rekordunu təzələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.