İdman

"Barselona" Ukrayna klubunu məğlub etdi

25 Oktyabr 2023 23:32
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Barselonada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniyalıların qollarını Ferran Torres və Fermin Lopez Martin vurub.

Qonaqların yeganə qolunu Georgi Sudakov vurub.

Üçüncü görüşdə qazandığı üçüncü qələbə sayəsində "Barselona" H qrupunda liderliyini möhkəmləndirib. Komandanın 9 xalı var. "Şaxtyor" üç xalla üçüncü pillədə qərarlaşıb. Kvartetə həmçinin Portuqaliyanın "Porto"su (üç xal) və Belçikanın "Antverpen"i (xalı yoxdur) daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.