İdman

“Qəbələ”nin 2 futbolçusu diskvalifikasiya olundu

24 Oktyabr 2023 13:17
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda "Araz-Naxçıvan"la keçirilən oyunda qırmızı vərəqə alan "Qəbələ"nin futbolçularının cəzalarını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün 29-cu dəqiqəsində meydandan qovulan İlkin Qırtımov 1 oyun diskvalifikasiya olunub, "qırmızı-qaralar" 800 manat cərimələnib.

Matçın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alan Osama Xalayla da qarşıdakı bir turu buraxacaq. Bu isə "Qəbələ"ni əlavə 500 manat ziyana salıb.
 
Qeyd edək ki, oyun "Araz-Naxçıvan"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.