İdman

Argentina millisinə ŞOK: Dopinqə görə iki illik cəzalandırıldı

20 Oktyabr 2023 20:30
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin üzvü Alexandro Qomes iki illik futboldan uzaqlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İtaliyanın "Monza" klubunun üzvünün dopinq testi müsbət çıxıb. Romanonun yazdığına görə, onun keçən il Qətərdə keçirilən dünya çempionatından öncə verdiyi testin nəticəsi pozitiv olub.

Alexandro Qomesin cəza səbəbindən karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, bu yay İspaniyanın "Sevilya" klubundan ayrılan futbolçu Argentina yığmasının heyətində dünya çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.