İdman

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?

11 Oktyabr 2023 20:15
Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: "Yığmaya namizədlər arasında "Qarabağ"da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov "Neftçi" ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi".

Qeyd edək ki, yay fasiləsində Almaniyanın "Bayer 04" klubundan ayrılan Andrey Lunyov "Qarabağ"a azad agent kimi keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.