"Barselona" "Blauqrana"nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal ilə müqaviləni uzatmağa yaxındır.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, "Barselona" Yamalın transferini oktyabrın 2-də elan edəcək. Futbolçunun müqaviləsi üzrə təzminat 1 milyard avro təşkil edəcək.
İspaniya çempionatının bu mövsümündə Yamal "Blauqrana"nın səkkiz matçında meydana çıxıb və iki məhsuldar ötürmə edib.
Milli.Az