"Barselona" Yamal ilə bağlı qərarını verdi

2 Oktyabr 2023 09:00

"Barselona" "Blauqrana"nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal ilə müqaviləni uzatmağa yaxındır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, "Barselona" Yamalın transferini oktyabrın 2-də elan edəcək. Futbolçunun müqaviləsi üzrə təzminat 1 milyard avro təşkil edəcək.

İspaniya çempionatının bu mövsümündə Yamal "Blauqrana"nın səkkiz matçında meydana çıxıb və iki məhsuldar ötürmə edib.

Milli.Az