İdman

Almaniya millisinin yeni kapitanı bəlli oldu

8 Sentyabr 2023 17:14
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.

Mütəxəssis İspaniya "Barselona"sında çıxış edən İlkay Gündoğanın kapitan olacağını bildirib.

"Bavariya"dan Jozua Kimmix isə vitse-kapitan təyin edilib. Flik seçimdən razı qaldığını söyləyib və bu qərarın onlara əlavə enerji verəcəyini vurğulayıb.

Almaniya millisinin sabiq kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, İlkay Gündoğan yayda İngiltərə "Mançester Siti"sindən Kataloniya klubuna keçib. Türkəsilli oyunçunun sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.