İdman

FİFA onu "qaralayıb": Öpüş baha başa gələcək

29 Avqust 2023 15:35
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə yeni sanksiya tətbiq etmək üzrədir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qurum Rubialesi 15 il ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırmaq istəyir. Bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, bu, funksionerə ispaniyalı futbolçu Cennifer Hermosonun öpüşü ilə bağlı vəziyyətdə verilə biləcək maksimum cəza müddətidir.

FİFA intizam araşdırmasına başladıqdan sonra Rubialesi 90 gün müddətinə futbolla bağlı fəaliyyətindən kənarlaşdırıb.

İspaniya Futbol Federasiyasının üzvləri onun istefasını tələb etsələr də, Rubiales buna əməl etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.