İdman

Messi karyerasında 700-cü qələbəsini qazandı

22 İyul 2023 13:58
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lionel Messi karyerasında 700-cü qələbəsini qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, argentinalı futbolçu yubiley qalibiyyətini ABŞ klubu "İnter Mayami"nin heyətində Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda "Krus Asul"la (Meksika) görüşdə qazanıb.

Məhz onun 90+4-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qol "İnter Mayami"yə (2:1) qrupun ilk görüşündə 3 xal qazandırıb.

Beləliklə, Messi dünya futbol tarixində portuqaliyalı Kriştianu Ronaldudan sonra 700 qələbə həddinə çatan ikinci oyunçu olub. 36 yaşlı hücumçu 1029 görüşdə bu nailiyyətə imza atıbsa, Ronaldu 1168 qarşılaşmada 765 qalibiyyət sevinci yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.