İdman

Mahir Emreli "Dinamo"nun heyətində MOİK-ə qol vurdu - VİDEO

3 İyul 2023 21:49
Baxış: 1 687
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın MOİK komandasına qarşı yoxlama oyununda fərqlənib.

Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.