İdman

18 yaşlı pilot Formula-1 yarışında həlak oldu

3 İyul 2023 00:17
Baxış: 1 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Formula Regional Championship yarışında ölümlə nəticələnən qəza baş verib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, "MP Motorspor" komandasının 18 yaşlı pilotu Dilano van`t Hoff "Spa Frankorşam" mərhələsində bolidlərin toqquşması nəticəsində həlak olub.

Belə ki, trassda qarşıdakı qəzanı görərək bolidini saxlayan gənc pilot bunun cəzasını çəkib. Nəticədə arxadan gələn Adam Fitsceraldın bolidi onun idarə etdiyi yarış avtomobilinə çıırpılıb.

Bundan sonra daha iki bolid də onun maşınına zərbə endirib. Hoff hadisə nəticəsində həlak olub, Fitscerald isə ciddi xəsarət alıb. Yarış yağışlı hava şəraitində keçirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.