İdman

Bakıdakı dünya çempionatında 10 dəst medal sahibini tapdı - FOTO

1 İyun 2023 20:18
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının 4-cü yarış günü başa çatıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, günün yekununda daha 2 dəst medal öz sahibini tapıb.

Kişilər arasında 63 kq çəkidə dünya çempionu tituluna Hakan Recber (Türkiyə) layiq görülüb. O, finalda Banlunq Tumtimdanqı (Tailand) məğlub edib. Bürünc medallara Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) yiyələniblər.

Qadın taekvondoçular arasında +73 kq-ın ən güclüsü Nafiya Kuş (Türkiyə) olub. Gümüş medalı Sevetlana Osipova (Özbəkistan) əldə edib. 3-cü yeri isə Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) tutub.

Beləliklə, 16 dəst medaldan 10-u artıq öz sahibini tapıb. İyunun 4-dək davam edəcək yarışın növbəti hər bir günündə 2 çəkidə döyüşlər olacaq.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda yarışla vidalaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.