İdman

Qaltye ölümlə təhdid edilir

12 Aprel 2023 23:52
Baxış: 1 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin baş məşqçisi Kristof Qaltye futbol azarkeşləri tərəfindən ölümlə hədələnib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb onun  "Nitsa"da işləyərkən idman direktoruna komandada "bu qədər qaradərili və müsəlman ola bilməz" söyləməsidir. 

Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Bununla bağlı PSJ məşqçi və onun ailəsini mühafizə altına alıb.

Mütəxəssis onun haqqında səsləndirilən "təhqir və böhtan xarakterli ifadələr"lə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. O, artıq bu barədə PSJ-yə xəbərdarlıq edib.

Paris klubu da bu məsələ haqda öz araşdırmasını aparır.

Qeyd edək ki, daha əvvəl Qaltyenin sözügedən ifadələri işlətdiyi təsdiq olunacağı təqdirdə, PSJ-nin çalışdırıcını istefaya gönədiləcəyi bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.