İdman

Mahir oynadı, “Konyaspor” heç-heçə etdi

8 Aprel 2023 07:31
Baxış: 787
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

Milli.Az "report"a istinadən bildirir ki, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Antalyaspor"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 24-cü dəqiqədə Məhəmməd Dəmir açıb. Qonaqlar isə 45-ci dəqiqədə Haci Raytın qolun ilə tarazlığı bərpa ediblər.

Oyuna ehtiyatda başlayan Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə rəqiblə toqquşan 26 yaşlı hücumçu başından yüngül xəsarət alıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 36-ya çatdıran "Konyaspor" 8-ci pillədəki mövqeyini qoruyub. 29 xalı olan "Antalyaspor" isə 11-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.