İdman

"Gec və ya tez qələbələr, qollar gələcək" - Mahir Emreli

10 Mart 2023 23:19
Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Konyaspor"un yeni transferi Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə Türkiyə Superliqasının 24-cü turunda rəsmi debüt etdiyi "Giresunspor"a qarşı oyun (0:0) barədə danışıb: "Giresunspor"la matç yeni oyunçularla birlikdə ilk matçımız idi. Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik. Uzun müddətdir qalibiyyət əldə etməmişik və qolumuz da yoxdur. 3 xal qazanmaq istəyimiz meydanda da görünürdü.  Müdafiədə çox qalmadan daha çox hücum etmək istədik. Deməli, bu mübarizə və futbol qələbə üçün bəs etmədi".

25 yaşlı hücumçu qarşıdakı görüşlərdə daha çox çalışıb, mübarizə aparmalı olduqlarını söyləyib: "Hücumda yaradıcı olmalıyıq. Hələ itkilərimiz var. Bunları həll etməyə çalışacağıq. İnanıram ki, gec və ya tez qələbələr və qollar gələcək".

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubuna keçib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.